AMEA Rəyasət Heyətinin iclasında bir qrup gənc alimə Fəxri Fərman təqdim olunub
Fev 11 , 2016 | 12:25 / Mühüm hadisələr
Oxunma ( 3345 )

Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İlk olaraq AMEA-nın Humanitar və İctimai elmlər bölmələrinin hesabatları dinlənilib.

Sonra bir qrup gənc alimin AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi məsələsi müzakirə olunub.Bildirilib ki,  Azərbaycan Respublikası Prezidentinin "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi haqqında" 02 iyul 2013-cü il tarixli Fərmanı olub. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin qeyd olunan fərmanın icrasını təmin etmək məqsədilə imzaladığı 29 oktyabr 2015-ci il tarixli sərəncama əsasən Akademiyanın elmi tədqiqat müəssisələrinin rəhbərlərinə elmdə yüksək nailiyyətlər əldə edən gənc alimlərin namizədliyini elmi bölmələrə təqdim etmələri tapşırılıb. Rəyasət Heyəti "Gənclər üçün Prezident Mükafatı"na AMEA-dan təqdim olunan namizədin seçim mərhələsində bilik və bacarıqlarına görə xüsusi fərqlənən bir qrup gənc əməkdaşın AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi haqqında qərar qəbul edib. Bu qərara görə 2015-ci il üzrə namizədliyi irəli sürülən və fərqlənən gənclərə akademik Akif Əlizadə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanlarını təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.