Fotos
“Gənc fizioloq” Elmi Seminarının növbəti iclası keçirilib
Fev 12 , 2016 | 01:18 / Mühüm hadisələr
Oxunma ( 3373 )

Bu gün AMEA-nın Fiziologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının 2016-cı il üçün nəzərdə tutulmuş illik fəaliyyət planına müvafiq olaraq “Gənc fizioloq” Elmi Seminarının növbəti iclası keçirilib. Seminarı giriş sözü ilə açan biologiya üzrə fəlsəfə doktoru, b.e.i., Gənc alim və mütəxəssislər Şurasının sədri Zenfira Qədimova keçirilən silsilə seminarların məqsədindən söz açıb. Bildirib ki,  əsas məqsəd  gənc alimlərin apardıqları elmi tədqiqat işlərinin nəticəsini birgə müzakirə etmək və təcrübələri digərləri ilə paylaşmaq, gənclərdə elmə marağı artırmaqdır.

İclasda ADPU - nun “İnsan və  heyvan fiziologiyası” kafedrasının doktorantı Leyla Hüseynovanın “Elektromaqnit dalğaları ilə şüalanmanın və hipoksiyanın ağ siçovulların baş beyin strukturlarının toxumasında piruvatkinaza fermentinin aktivliyinə təsiri” mövzusunda məruzəsi dinlənilib.

İclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin gənc alimləri də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.