Elmi adlara görə əlavə ödənişlər nəzərdə tutulub
Fev 13 , 2016 | 01:12 /
Oxunma ( 3858 )

“Uzun müddətdir gözlənilən “Elm haqqında” qanun layihəsi yaxın vaxtlarda daha təkmilləşdirilmiş və geniş formada Milli Məclisin yaz sessiyasının plenar iclasında müzakirəyə çıxarılacaq”. Bunu Modern.az-a parlamentin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli bildirib. O qeyd edib ki, qanun layihəsində həm komitə üzvlərinin fikirləri, həm də əlaqədar icraedici orqanların rəyləri nəzərə alınıb. 

““Elm haqqında” qanun layihəsi indiki halda zamanın çağırışlarına cavab verir.

Qanun layihəsi çox təkmilləşdirilib. Birinci oxunuşda qanun layihəsi 8 fəsildə idisə, indi 7 fəsildən ibarətdir. Birinci oxunuşda olmayan müddəalar bura daxil edilib. Elmi fəaliyətin məhdudlaşdırılmasına, ölkənin milli təhlükəsizliyinə mane olan məsələlər qanun layihəsindən çıxarılıb, alimlərin fəaliyyəti üçün inkişafa meylli müddəalar daxil olunub”.

Deputat yeni qanun layihəsində nəzərdə tutulan elmi fəaliyyətin daşıyıcılarına elmi adlara görə təqaüdlərin verilməsi mexanizmlərindən də danışıb.

“Elmi dərəcələrə və elmi adlara görə elmi fəaliyyətin daşıyıcıların əlavə ödənişlərin verilməsi ölkə Prezidenti tərəfindən mərhələ-mərhələ həyata keçirilməkdə davam edilir. Yeni qanun layihəsində elmi dərəcələrlə yanaşı, elmi adlara görə dosent, professorlarımıza əlavə ödənişlərin verilməsi həyata keçiriləcək.

Biz elmi rəhbərliyə, opponentliyə, elmi ekspertiza fəaliyyətinə görə də alimlərin sosial müdafiəsi yönündə addımların atılmasını qanun layihəsində ifadə etməyə çalışmışıq. Ediləcək əlavələrin həcminin müəyyən edilməsi hər hansı qanun, eyni zamanda “Elm haqqında” qanun layihəsinin subyekti deyil,  müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.