AMEA -nın bütün elmi müəssisələrində xarici dil kursları təşkil olunacaq
Fev 16 , 2016 | 02:25 /
Oxunma ( 3855 )
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Akif Əlizadə yeni bir sərəncam imzalayıb. Həmin sərəncama görə, Akademiyada elmi kadr potensialını inkişaf etdirmək məqsədilə AMEA-da çalışan elmi işçilərin, doktorantların, dissertantların və magistrlərin elmin ən son nailiyyətləri haqqında məlumatlandırlmasını, onların elmi dünyagörüşünün genişləndirilməsini və xarici dil biliklərinin yüksəldilməsini təmin etmək olduqca vacibdir. Bunları nəzərə alaraq,AMEA-nın elmi müəssisələrinin direktorlarına tapşırılıb ki, rəhbərlik etdikləri müəssisələrdə elmin müvafiq sahələri üzrə ən son elmi və texnoloji nailiyyətlərə həsr edilmiş silsilə mühazirələr, həmçinin, xarici dillər üzrə tədris kursları təşkil etsinlər. Elmi işçilərin, doktorantların, dissertantların və magistrların elmi mühazirələrdə və xarici dil kurslarında iştirakı təmin olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.