Ümummilli liderin doğum gününə həsr olunan ənənəvi institutlarası futbol çempionatında növbəti həyəcan başlayır!!!
Fev 22 , 2016 | 07:13 / İdman yarışları
Oxunma ( 4758 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurası “AMEA Gənc Alim və Mütəxəssislərinin III İnstitutlararası Futbol Çempionatı”na start verir. Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan çempionata qatılmaq istəyən komandalar 01 aprel 2016-ci il tarixindək iştirakları ilə bağlı ərizələri AMEA Gənc Alim və Mütəxəssislər Şurasına təqdim etməlidir. Turnirdə iştirakla bağlı tələbər:

İştirakçı ərizəsində hər komandanın heyətində 10 nəfərə qədər oyunçunun namizədliyini (oyun zamanı meydanda 6 futbolçu oynayır) təqdim etmək olar;

İştirakçı ərizəsində komandanı təmsil edən oyunçular haqqında məlumatlar olan (ad, atasının adı, soyadı, işlədiyi şöbə, vəzifəsi, yaşı, 3x4 ölçüdə şəkil) sənəd İnstitutun və kadrlar şöbəsinin rəhbəri tərəfindən təsdiq (imza və möhürlə) olunmalıdır;

Çempionatda iştirak edəcək oyunçular üçün müəyyənləşdirilən son yaş həddi 40-dır;

İnstitut/Təşkilat üzrə komandanın təşkili məsələsinə həmin müəsissənin Gənc Alim və Mütəxəssislər Şurası cavabdehlik daşıyır.


Yuxarıda qeyd olunan tələbləri ödəməyən komandaların ərizələri qəbul olunmayacaq.

Ünvan: AMEA Gənc Alim və Mütəxəssislər Şurası, Hüseyn Cavid pros., 115, otaq 101
Əlaqə: 012 539 25 79

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.