UKRAYNALI PROFESSOR AMEA BOTANİKA İNSTİTUTUNDA
Fev 23 , 2016 | 11:11 / Görüşlər
Oxunma ( 2746 )

Ukrayna Milli Elmlər Akademiyasının M.Q.Xolodnova adına Botanika İnstitutunun direktoru, Ukrayna Botanika Cəmiyyətinin Prezidenti, UMEA-nın müxbir üzvü, professor Serqey Mosyakin AMEA Botanika İnstitutunun qonağı olub. AMEA Botanika İnstitutu Elmi İnformasiya və İnnovasiya şöbəsindən verilən məlumata görə, İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Validə Əlizadə ilə keçirilən görüşdə İnstitutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və yenidənqurma işləri haqda ətraflı məlumat verilib. Qonaq İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, Botanika muzeyi və Herbari Fondu ilə tanış olub. Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin toplanması və hazırlanması, onların saxlanılma şəraiti və Avropa Məlumat Bazasına daxil edilməsi üzrə aparılan müasir istiqamətli işlərə xüsusi maraq göstərib.
AMEA Botanika İnstitutunun müasir vəziyyətini və əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirən S.L.Mosyakin rəbərlik etdiyi UMEA Botanika İnstitutu haqqında məlumat verərək təşkilatlararası təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıb, polinomorfologiya üzrə müştərək tədqiqatların aparılması və kadrların hazırlanmasının perspektivlərini qeyd edib. Bu istiqamətlərdə geniş müzakirələr aparılıb və əməkdaşlıq memorandumunun imzalanması üzrə razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.