Fotos
Almaniyada necə pulsuz təhsil almaq olar?
Fev 24 , 2016 | 01:38 /
Oxunma ( 2975 )

Bu gün AMEA Nizami adına Ədəbiyyat İnstitutunun akt zalında Gənc Alim və Mütəxəssislər Şurası və Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Məlumat Mərkəzinin birgə təşkilatçılığı ilə gənc alim və mütəxəssislər üçün seminar keçirildi. Şuranın sədri, dosent Famin Salmanov giriş nitqii ilə çıxış edərək, seminarın məqsəd və məramı haqqında məlumat verdi.

Seminar iştirakçıları qarşısında “Almaniyada tədqiqat” mövzusunda geniş təqdimatla çıxış edən DAAD Bakı Məlumat Mərkəzinin ofis rəhbəri Stefaniya Dufaux təmsil etdiyi təşkilat, onun misiyası, həmçinin elan olunan təaqüd proqramları haqqında ətraflı məlumat verdi. O bildirdi ki, DAAD-ın təqaüd proqramları çərçivəsində tələbələr üçün yay dil kursları (Almaniyada bir aylıq dil kursu) təqaüdləri; tələbə və məzunlar üçün bütün ixtisaslar üzrə master təqaüdləri (2-4 semestrlik), iqtisadiyyat üzrə ERP-Master təqaüdləri; doktorantlar və gənc alimlər üçün 1-10 aylıq tədqiqat təqaüdü, 3 illik tam elmi müdafiə, binational elmi tədqiqat təqaüdü, təcrübəli alimlər üçün isə 1-3 aylıq tədqiqat səfərləri və sair təşkil olunur. Eyni zamanda doktorantlara elmi müdafiə üçün daha bir imkan açan strukturlaşmış müdafiə proqramı olan bu təqaüd proqramları ilə bağlı Almaniyada elmi rəhbərin tapılması yollarını da dəqiqliklə izah etdi.

Sonra Almaniya Siegen Universitetinin Beynəlxalq ofisinin nümayəndəsi Dr. Ulriç Eberhart təmsil etdiyi elm-təhsil müəsisəsində təhsil almaq yolları haqqında təqdimatla çıxış etdi. Seminar iştirakçılarını maraqlandıran bütün suallar cavablandırıldı və müxtəlif təqaüd proqramları ilə bağlı əyani vəsaitlər paylandı.

Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.