Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Azad Həmkarlar İttifaqının üzvləri “Xocalı” abidəsini birgə ziyarət ediblər
Fev 25 , 2016 | 01:16 /
Oxunma ( 3460 )

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Azad Həmkarlar İttifaqının üzvləri faciə qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət ediblər.

Abidənin önünə əklil və gül dəstələri düzdülər, soyqırımı qurbanlarının xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.