Fotos
AMERİKALI ALİM GƏNC ŞƏRQŞÜNASLARA MÜHAZİRƏ OXUYUB
Fev 24 , 2016 | 11:31 / Mühüm hadisələr
Oxunma ( 3022 )

Amerika Birləşmiş Ştatlarının Stenford Universitetinin doktorantı Ali Aydın Karamustafa fevralın 24-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun gənc alimlərinə mühazirə oxuyub.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev amerikalı alimi gənc şərqşünaslara təqdim etdi və onun söyləyəcəyi mühazirənin əhəmiyyətindən danışdı. 

Sonra mühazirəyə başlayan Aydın Karamustafa ABŞ-da Yaxın Şərqi, İslamı tədqiq edən elmi araşdırma mərkəzlərindən söz açdı, bu sahədə görülən işlərdən danışdı.

Tədbirin sonunda mühazirəçi gənc şərqşünasları maraqlandıran sualları cavablandırdı.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.