Fotos
AMEA BOTANİKA İNSTİTUTUNDA XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ ANIM TƏDBİRİ KEÇİRİLİB
Fev 26 , 2016 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2691 )

AMEA Botanika İnstitutunda Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. AMEA Botanika İnstitutu Elmi İnformasiya və İnnovasiya şöbəsinin məluatına görə,  əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan İnstitutun direktor müavini, b.e.d. Eldar Novruzov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələrdən danışaraq qeyd edib ki,  törədilən kütləvi qırğın Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilmiş ənənəvi terror siyasətinin tərkib hissəsidir. E.Novruzov  366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə yüzlərlə əliyalın insanın ağlasığmaz qəddarlıqla qətlə yetirildiyini, yüzlərlə insanın əsir və itkin düşdüyünü, şəhərin yerlə-yeksan edildiyini və bütün bu hadisələrə görə Xocalı soyqırımının XX əsrin tarixinə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi həkk olunduğunu vurğulayıb.
Tədbirdə İnstitut əməkdaşları professor, b.e.d. Səyyarə İbadullayeva, Əməkdar Elm xadimi, k.e.d. Siracəddin Sərkərov, İnstitutun Həmkarlar təşkilatının sədri, b.e.d. Oktay Mirzəyev, b.e.d. Dilzarə Ağayeva, doktorant Tural Qasımov  Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə Qanlı faciəni əks etdirən videoçarx nümayiş etdirilib.
Sonda Botanika İnstitutunun əməkdaşları Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.