AMEA Botanika İnstitutunda Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib
Mart 01 , 2016 | 12:08 / Mühüm hadisələr
Oxunma ( 2956 )

Martın 1-də AMEA Botanika İnstitutunda 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi. İnstitutun MM qərargahının rəisi Nazim Xəlilov Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi barədə məlumat verərək  son illər ölkəmizdə bu sahəyə xüsusi diqqətin yetirildiyini nəzərə çatdırdı. Qeyd etdi ki, MM orqanları qarşısında duran əsas vəzifələr zəlzələ, yanğın, sürüşmə, istehsalat qəzaları, dağıntılar və s. fövqəladə hadisələr zamanı əhalinin mühafizəsini təşkil etmək və bu istiqamətdə onların hazırlığını təmin etməkdir. İşçilərin müdafiəsi və mühafizəsi MM rəhbərinin ən başlıca vəzifəsi oldugunu vurğulayan N.Xəlilov institutda mütəmadi keçirilən keçirilən MM məşqlərinin əsas məqsədinin fövqəladə hadisələr zamanı əməkdaşların davranış qaydaları haqqında məlumatlandırılması, hazırlıq səviyyəsinin yoxlanılması və bu sahə üzrə biliklərinin təkmilləşdirilməsi olduğunu bildirib. Tədbirdə görülməsi vacib olan təhlükəsizlik tədbirləri barədə fikir mübadiləsi aparılıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.