AMEA-da yaradıcı gənclərlə elmi-innovativ məsələlər müzakirə olunacaq
Mart 01 , 2016 | 02:34 / Görüşlər
Oxunma ( 3603 )

04 mart 2016-cı il, saat 11:00-da AMEA Rəyasət Heyəti İnnovasiya şöbəsi və AMEA Gənc Alim və Mütəxəsislər Şurasının birgə təşkilatçılığı ilə yaradıcı gənclərlə “INNODay” adlı tanışlıq görüşü keçiriləcək.

Tədbirin proqramı
Tarix: 04 mart,   Tədbirin keçirildiyi məkan:
Azərbaycan Milli Elmlər Akademiyası / əsas bina Ünvan: Bakı şəhəri, H. Cavid prospekti
Saat: 11:00 – 11:10 – Giriş sözü AMEA RH İnnovasiya şöbəsinin rəhbəri, Vüqar Babayev
         11:10 – 11:20 – Gənc alim və mütəxəsislərin innovasiya fəaliyyətində rolu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Famin Salmanov
         11:20 – 12:00 – Layihə təqdimatı BethClip və BraillePad layihələrin müəllifi, Rəşid Əliyev
         12:00 – 12:15 – Sual-cavab sessiyası
         12:15 – 12:35 – Layihə təqdimatı EduRings layihəsinin müəllifi, Sahib Əlizadə
         12:35 – 12:45 – Sual-cavab sessiyası
         12:45 – 13:00 – Yekün müzakirə

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.