Mart 01 , 2016 | 02:26 / Mühüm hadisələr
Bu gün AMEA Mikrobiologiya İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib. İnstitutun Mülki Müdafiə qərargah rəisi Bəxtiyar Yunusov Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart tarixini bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edildiyini bildirib. O, Azərbaycanın bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildən daxil olduğunu, əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etməyin mülki müdafiə orqanlarının qarşısında duran əsas vəzifə olduğunu vurğulayıb.