Fotos
BAKI DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ AMEA BOTANİKA İNSTİTUTU İLƏ TANIŞ OLUBLAR
Mart 02 , 2016 | 02:25 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2827 )

 

Bakı Dövlət Universiteti Ekologiya və Torpaqşünaslıq fakültəsinin IV kurs tələbələri dosent Firuzə Sultanzadənin rəhbərliyialtında AMEA-nın Botanika İnstutu ilə tanış olublar. AMEA Botanika İnstitutu Elmi İnformasiya və İnnovasiya şöbəsinin məlumatına görə, tələbələrlə görüş zamanı Botanika İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə tələbələrdə botanika elminə maraq yaratmaq məqasədilə uzun illik tarixə malik Botanika İnstitutunda botanikanın klassik və müasir istiqamətlərində aparılan elmi-tədqiqat işləri, innovativ inkişaf perspektivlərini yaradan beynəlxalq əlaqələr haqqında söhbət apardı və onlara gələcəkdə ixtisasları üzrə mövcud imkanlardan yararlanmaları üçün müəyyən məsləhətlər verib.

 

Tələbələr elmi biliklərini təkmilləşdirmək məqsədilə İnstitutun mütəxəssislərinin müşayiətilə Botanika muzeyi, zəngin Herbari kolleksiyası və laboratoriyalardakı müasir avadanlıqlarla tanış oldular.

Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.