Əziz və istəkli XANIMLAR, 8 Mart Beynəlxalq Qadınlar günününüz mübarək!
Mart 08 , 2016 | 09:29 /
Oxunma ( 3088 )

8 Mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun iş saatlarına və pis iş şəraitinə etiraz olaraq tətil etməsi qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin başlanğıcı kimi qəbul edilir.

1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il 8 mart gününün Dünya Qadınlar Günü kimi qeyd edilməsini Klara Setkin təklif etmiş və bu təklif qəbul edilmişdir.

1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşmüşdür. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martı ilk dəfə Beynəlxalq Qadınlar Günü kimi qeyd edilmişdir. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edilmişdir.

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Xalq Cumhuriyyəti dövründə Milli Şuranın “Azərbaycan parlamentinin yaradılması haqqında” 20 noyabr 1918-ci il tarixli qanunu qəbul etməsi ilə cinsindən asılı olmayaraq bütün vətəndaşlara seçki hüququ verilmişdir (Bununla da, Şərqdə qadınlara ilk dəfə Azərbaycanda seçki hüququ verilmişdir).

Müstəqillik əldə edildikdən sonra qəbul olunan Konstitusiyamızın 25-ci maddəsinin ikinci hissəsində də kişi ilə qadının eyni hüquqları və azadlıqları təsbit olunmuşdur.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.