Gənc fizik alimlər Sankt-Peterburq şəhərində beynəlxalq elmi konfransa qatılacaqlar
Mart 12 , 2016 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 3426 )

AMEA Fizika Institutunun aparıcı elmi işçisi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Məzmun standartları və İxtisasartırma proqramları şöbəsinin müdiri v.i.e., f.f.d., dosent Yusif Alıyev, AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin Elmi-analitik şöbəsinin rəis müavini, AMEA Fizika Institutunun aparıcı elmi işçisi, tex.f.d. Hüseyn Hüseynov, AMEA Fizika İnstitutunun elmi işçisi Xəyalə Əliquliyeva 14-18 mart 2016-cı ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil edilən “50-й Школе ПИЯФ по Физике Конденсированного Состояния (Школа ФКС-2016)” beynəlxalq konfrans-məktəbdə məruzəçi kimi iştirak etmək üçün Sankt-Peterburq şəhərinə ezam olunmuşlar.

Gənc alimlər konfrans-məktəb müddətində, həmçinin B.P.Konstantinov adına Peterburq Nüvə Fizikası İnstitutunun, “Kurçatov İnstitutu” Milli Tədqiqat Mərkəzinin və Avropanın digər tədqiat İnstitut və Mərkəzlərinin alimləri ilə görüşlər təşkil edib, tədqiq etdikləri elmi mövzular ətrafında disskusiyalar təşkil etməyi də planlaşdırırlar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.