Elm işçilərin əmək haqları yeni tariflərlə ödəniləcək
Mart 14 , 2016 | 10:00 /
Oxunma ( 4222 )
Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" qərar verib.
Nazirlər Kabinetinin cabmin.gov.az saytına itinadən xəbər verilir ki, qərara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları yeni Vahid Tarif Cədvəli ilə tənzimlənəcək.
Bununla əlaqədar Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli qərarı ləğv edilib. Yeni qərar 2016-cı il 1 fevral tarixindən qüvvəyə minib.
Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinə əsasən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 dərəcələr üzrə müvafiq olaraq 116 , 121, 126, 132, 138, 144, 151, 158, 165, 172, 179, 187, 196, 201, 228, 267, 360, 486, 750 manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib.
AMEA, AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinə əsasən isə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 dərəcələr üzrə müvafiq olaraq 145, 152, 159, 166, 173, 180, 188, 196, 206, 218, 230, 242, 254, 278, 304, 352, 450, 576, 795 manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.