Mart 16 , 2016 | 12:43 / ELMİN TƏBLİĞİ
Martın 17-də saat 14:00-da Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyətinin nəzdində təsis edilmiş Alimlər Evinin açılış mərasimi olacaq.
Qeyd edək ki, bu qurum Akademiyanın elmi innovasiya nailiyyətlərinin və müasir dövrdə multikulturalizm ənənələrinin cəmiyyətdə təbliği, AMEA-nın elmi əməkdaşlarının yaradıcılıq fəallığının artırılması və mədəni-mənəvi inkişafının qorunması istiqamətində fəaliyyətin həyata keçirilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 10 fevral 2016-cı il tarixli qərarı ilə yaradılıb.