AMEA Aşqarlar Kimyası İnstitutunda gənc kimyaçılar arasında "Ən yaxşı elmi məruzə müsabiqəsi" elan edilib
Apr 05 , 2016 | 03:04 / Elmi müsabiqələr
Oxunma ( 3868 )

Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurası İnstitutda çalışan və oxuyan gənc tədqiqatçılar - gənc alim, doktorant və dissertantlar arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan "Ən yaxşı elmi məruzə" adlı növbəti müsabiqəsini elan edir. 05 APREL-10 MAY 2016-cı il tarixlərini əhatə edən müsabiqə müddətdə  iştirakçılar son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı məruzə edəcəklər.

Ekspert Komisiyasının yekun rəyi əsasında I, II və III yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq.

Müsabiqədə iştirak etmək istəyənlər 05 aprel 2016-cı il tarixindən etibarən növbəti 10 gün müddətində məruzələrinin adlarını İnstitut Gənc Alim və Mütəxəssislər Şurasına təqdim etməlidirlər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.