
Apr 05 , 2016 | 03:22 /
06 APREL 2016-ci il tarixində saat 15.00-da AMEA-nın Əsas binası, I mərtəbə, Dairəvi akt zalında AMEA kollektivinin ordumuza dəstək tədbiri keçiriləcək. Tədbirdə “Azərbaycan əsgərinin zəfəri: inam və dəstək” mövzusunda məruzələr dinləniləcək.
TƏDBİRİN PROQRAMI
Giriş sözü:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, millət vəkili İsa Həbibbəyli.
Çıxışlar:
I. AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, millət vəkili Əhliman Əmiraslanov,
II. AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov,
III. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının elmi işçisi Günay Allahverdiyeva,
IV. AMEA Geologiya və Geofizika İnstitutunun “Geoloji-geofiziki elmlərin tarixi” şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor, şair Hikmət Mahmud
V. AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyev