Fotos
Ordumuza AMEA-dan da böyük dəstək gəldi
Apr 06 , 2016 | 05:05 / Mühim hadisələr
Oxunma ( 1439 )

Aprelin 6-da  AMEA-nın Əsas binasında Azərbaycan  Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin çıxışına dəstək münasibətilə  “Azərbaycan əsgərinin zəfəri: inam və dəstək” mövzusunda  tədbir  keçirildi.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliaçaraq aprelin 1-dən 2-nə keçən gecə Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti silahlı təxribatdan danışdı. O, Azərbaycan ordusunun əldə etdiyi nailiyyətlərdən söz açaraq əsgərlərimizin şücaəti nəticəsində bir çox strateji mövqelərimizin erməni işğalından azad edilməsini böyük qələbə kimi qiymətləndirdi.

İsa Həbibbəyli Azərbaycan xalqının bu gün qələbə sevinci yaşamasında ölkə Prezidenti İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasəti, o cümlədən ordu quruculuğu sahəsində verdiyi mühüm qərarların böyük rolu olduğunu xüsusi qeyd etdi.

Akademik Azərbaycan elmi ictimaiyyətinin milli ordumuzu sonsuz dəstəklədiyini vurğulayaraq, xalqımızı ölkə Prezidenti ətrafında sıx birləşməyə, həmrəy olmağa səslədi. O, işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına əminliyini bildirdi .

Sonra çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Azərbaycanda ordu quruculuğunun yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, son bir neçə gündə əldə olunan nailiyyətlərin bu faktların əməli göstəricisi olduğunu bildirdi.  Alim Azərbaycan ordusunun əldə etdiyi son qələbələrdən sonra Qarabağ həqiqətlərinin beynəlxalq təşkilatlar tərəfindən tanınması yönündə mühüm uğurların əldə olunacağına inamını ifadə etdi.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan söz açdı. Ümummilli liderin fəaliyyətinin davamı olaraq ölkə Prezidenti İlham Əliyevin də bu gün uğurlu daxili və xarici siyasəti nəticəsində bütün sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırdı. Cəbhə xəttində son günlərdə baş verən hadisələrdən danışan alim, işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına dərindən inamını ifadə etdi. O, orduzumun əldə etdiyi nailiyyətlərin xalqımız üçün böyük stimul olduğunu vurğuladı: “Bu qələbələrdən sonra döyüşlərdə şəhid olmuş valideynlər övladlarının tabutuna sarılmış Azərbaycan bayraqlarını təhvil alarkən "Vətən sağ olsun!" deməyi bacardılar”.

Y.Mahmudov Azərbaycanın çətin günlərində qardaş ölkə Türkiyənin hər zaman böyük dəstək nümayiş etdirdiyini də xüsusi qeyd etdi.

Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxış edərək cəbhə bölgəsinə baş çəkdiyini, orada baş verən hadisələrin, Azərbaycan ordusunun göstərdiyi əzmkar mübarizənin qürurverici olduğunu bildirdi. Vətənin keşiyində dayanan əsgərlərimizin ruh yüksəkliyi ilə xidmət etdiklərini diqqətə çatdırdı.  

Tədbirdə Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər BaxşəliyevaGeologiya və Geofizika İnstitutunun şöbə rəhbəri, professorHikmət MahmudovFizika İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Yusif AlıyevMərkəzi Elmi Kitabxananın elmi işçisi Günay Allahverdiyeva və başqaları çıxış edərək cəbhə xəttində baş verən gərginlik və hadisələrə baxmayaraq rəsmi Bakının hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu qeyd etdilər. 

Vurğulandı ki, ordumuz tərəfindən əldə edilmiş bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən, maddi-texniki bazası daim gücləndirilən Silahlı Qüvvələrin və Azərbaycan xalqının tarixi nailiyyətidir.

Sonda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov AMEA kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.