İldə 30-40 plagiat elmi iş aşkar olunur
Apr 08 , 2016 | 12:35 /
Oxunma ( 2676 )

“Hər il 30-40 elmi işdə plagiatlıq halı aşkarlanır”


Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini Vəli Hüseynov bildirib.

Onun sözlərinə görə, ilk dəfə Komissiyasının iclası zamanı bir dəfəyə 6 iş ləğv olunub. Bundan sonra mütəmadi 2-3 iclasdan bir plagiat hallarına rast gəlinir:

“Nəzərə alsaq ki, Ali Attesstasiya Komissiyasının ayda 4 dəfə iclası keçirilir. Bundan başqa, ayda 2 dəfə Rəyasət Heyətinin iclası olur. Bu hesabla haradasa ildə 30-40 işdə plagiatlıq aşkar olunur. Təbii ki, bu işləri ekspertlər şurası qiymətləndirir.

Məsələn elə olur ki, plagiat faktı az olur və dissertasiyanın məzmununa xələl gətirmir. Ancaq bəziləri tam ləğv olunur. Bəziləri də var ki, plagiat faktına görə yox, kənardan gəldiyinə, harada yazıldığı belə məlum olmadığına görə ləğv olunur. Hətta xaricdə müdafiə olunmuş işlərdə də plagiatlıq faktlarına rast gəlinir. Belə dissertasiya işləri onlarla ölçülür”.

Cavanların elmə gəlməsinin daha çox müşahidə olunduğunu deyən Vəli Hüseynov onu da bildirib ki, gənclər dəqiq və təbiət elmləri sahəsində elmi işləri daha çox müdafiə edirlər.

Bəzi ekspertlərin Ali Attesstasiya Komissiyasının ləğv edilməsi ilə bağlı təkliflərinə toxunan Vəli Hüseynov bunların subyektiv fikirlər olduğunu deyib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.