Gənc alimləri beynəlxalq konfransda iştirak ediblər
Apr 10 , 2016 | 01:46 / Mühüm hadisələr
Oxunma ( 2871 )

Aprelin 8-i 2016-cı il tarixində Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində AMEA Rəyasət Heyəti, A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusunda III Beynəlxalq elmi konfransında AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi və doktorantı Aynurə Niyaz qızı Paşayev “1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımların “Azərbaycan” jurnalında əksi”, AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi Pərvanə Əliyeva “XX əsrin sonunda Azərbaycan xalqının mədəni irsinə qarşı törədilmiş soyqırım”, AMEA akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Sevinc Məmmədova “Cənubi Azərbaycanın Urmiya bölgəsində ermənilərin törətdiyi soyqırımları (1917-1918)”, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun kiçik elmi işçisi Lamiyə Qafarzadə “Bakı:1918-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım (İngilisdilli tarixşünaslığın materialları əsasında)” mövzusunda məruzə ilə çıxış etmiş və hər bir gənc alim sertifikatla təltif olunmuşdur.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.