
Apr 10 , 2016 | 02:03 /
Məlum olduğu kimi artıq ikinci ildir ki, Azərbaycan Milli Elmlər Akademiyasına magistraturaya qəbul prosesinə başlanılıb. Bu proses Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yerinə yetrilir. AMEA-nın magistratura pilləsinə 2016-2017-ci tədris ili üçün 63 plan yeri ayrılıb. Artıq təsdiqlənmiş qəbul planına əsasən, qəbul 15 ixtisas və 39 ixtisaslaşma üzrə aparılacaq. Magistraturaya qəbul filologiya, dilşünaslıq, kitabşünaslıq, muzeyşünaslıq, arxiv və abidələrin qorunması, arxeoloji və tarixi memarlıq abidələrinin mühafizəsi, tarix, hüquqşünaslıq, sənətşünaslıq, iqtisadiyyat, kimya, riyaziyyat, fizika, və sair ixtisaslar üzrə aparılacaq. Magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılıb. İmtahanın birinci mərhələsi TQDK tərəfindən martın 6-da keçrilib, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək. AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı 9-12 iyun, müsahibəsi isə 13, 14, 16, 17 iyun 2016-cı il tarixlərində keçiriləcək.
Qeyd edək ki, ötən il AMEA sistemindəki institutlara magistraturaya qəbul üçün 7 istiqamət üzrə 20 plan yeri ayrılmışdı.