Fotos
Mərkəzi Nəbatat Bağına məktəblilərin ziyarəti davam edir
Apr 11 , 2016 | 01:00 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2732 )

Azərbaycan Avropa Məktəbində keçirilən "Elm həftəliyi" münasibətilə məktəbin müəllim-şagird kollektivi AMEA Mərkəzi Nəbatat Bağının qonağı oldu.  
Şagirdlər Bağın fəaliyyəti ilə yaxından tanış olmaq üçün əvvəlcə buradakı canlı kolleksiyanı ziyarət etdilər.
Bağın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, doktorant  Fərid Seyfullayev müasir burğu vasitəsilə ağacdan nümunə götürülməsi qaydalarını, götürülmüş nümunələr üzərində oduncaqdakı halqaların qalınlığına və rənginə görə ağacların yaşının təyinini, ətraf mühitdə baş verən iqlim dəyişikliyi, çirklənmə və s. nəticəsində yaranan dəyişiklikləri izah etdi.
Fəslə uyğun olaraq şagirdlərlə bağda əyləncəli oyun keçirildi. Oyun şərtlərinə görə şagirdlər qruplara bölünərək  siyahida göstərilən  gül, yarpaq, budaq, qarişqa, böcək, toxum və s. topladılar. Ən  tez toplayan qrup qalib hesab olundu və mükafatlandırıldı.
Sonda Azərbaycan Avropa Məktəbinin müəllim kollektivi Mərkəzi Nəbatat Bağında yaradılan şəraitə görə Bağın rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirdi və qeyd etdilər ki, bu görüş şagirdlərin botanika fənni üzrə qazandıqları biliklərinin möhkəmləndirilməsində böyük rol oynadı.
Qeyd edək ki, MNB GAMŞ-nın illik fəaliyyət planına uyğun olaraq gələcəkdə belə tədbirlərin daha intensiv həyata keçirilməsi üçün müəyyən məktəblərlə danışıqlar aparılır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.