On minlərlə gənc ailəyə ucuz evlər veriləcəyi deyilir
Apr 12 , 2016 | 02:43 /
Oxunma ( 3121 )

Yeni yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi məhz sosial evlərin tikintisi üçün yaradılıb. Bunu millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin üzvü Vahid Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması barədə fərmanı şərh edərkən bildirib.

"Regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq".

Fərman aprelin 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı tərəfindən sosial mənzil tikintisinin vacibliyi vurğulandıqdan dərhal sonra verilib. İclasda prezident İlham Əliyev sosial mənzillərin tikintisi proqramının yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcəyini bildirmişdi: “Bu, yeni təşəbbüsdür. Bəzi ölkələrdə bu praktika var. Biz müsbət praktikanı öyrənirik, öyrənmişik. Buna böyük ehtiyac və tələbat var. Sosial mənzillərin tikintisi prosesi yaxın zamanlarda başlanacaqdır”.

Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası

İlham Əliyevin sözlərinə görə, regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq: “Xüsusilə qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə, bütün şəhərlərdə, bütün rayon mərkəzlərində. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcəkdir”.

 

"Bu evlər əhali üçün həddindən əlverişli olacaq. Sosial mənzil alanlar ayda 80-90 manat ödəyəcəklər. 25-30 ildən sonra isə mənzil onların tam mülkiyyətinə veriləcək”.

Vahid Əhmədovun sözlərinə görə, sosial mənzillərin tikintisi məsələsi ölkə rəhbərliyi səviyyəsində çoxdan öyrənilir: “Biz Türkiyə, Almaniya təcrübəsini öyrənmişik. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində məsələ dəfələrlə müzakirə edilib. Artıq ilk addım atılıb və ölkə başçısı tərəfindən sosial mənzil tikintisi üçün 10 milyon manat ayırılıb.  Bu evlər əhali üçün həddindən artıq əlverişli olacaq. Sosial mənzil alanlar ayda 80-90 manat ödəyəcəklər. 25-30 ildən sonra isə mənzil onların tam mülkiyyətinə  veriləcək”.

Əslində, sosial mənzillər ucuz başa gələcək və onların vətəndaşlara belə aşağı qiymətlərlə təqdim edilməsi elə də ciddi problem yaratmayacaq. Birincisi, bu mənzillər dövlət tərəfindən ayrılmış ərazilərdə inşa ediləcək, buna görə tikinti məsrəfləri xeyli aşağı düşəcək. Bu mənzillərin dövlət tərəfindən  tikilməsi bir sıra qeyri-rəsmi xərcləri də ortadan qaldıracaq. Mənzillər həm də yığcam olduğuna görə, baha başa gəlməyəcək. Vahid Əhmədovun sözlərinə görə, əsasən 1 - 2 otaqlı mənzillər tikiləcək. Təbii ki, bu zaman sovet illərində Bakıda tikilmiş tipik mənzillər evlərin layihə sənədlərindən istifadə etmək olar ki, bu da xərcləri xeyli aşağı sala bilər. Bakıda əksər ailələrin yaşadığı bu cür iki otaqlı evlərin maksimum ölçüsü 50 kvadratmetrdir. Halbuki, şirkətlərin tikdirdiyi yeni binalarda ən kiçik iki otaqlı mənzillər  80 kvadratmetr ətrafında dəyişir.

Toplam sahəsi 50 kvadratmetri keçməyən tipik iki otaqlı mənzilin sahəsi

Türkiyə və Almaniyanın təcrübəsi göstərir ki, dövlət tərəfindən vətəndaşa kreditə verilən sosial mənzillərdə faiz dərəcəsi sıfra bərabər olur. Bu ölkələrdə banklar yalnız ödənişi həyata keçirdiyinə görə xidmət haqqı alırlar. Bu isə təbii ki, illik dərəcəsi 8%-ə bərabər olan ipoteka ilə müqayisədə aylıq ödənişləri xeyli aşağı salmağa imkan verir. Buna görə də hazırda əmək haqları ipotekaya mənzil almağa imkan yaratmayan vətəndaşlar rahatlıqla sosial mənzil ala biləcəklər.

Türkiyədə sosial mənzil almaq istəyən ailələrin aylıq gəlirlərinin yuxarı həddinə limit qoyulur, mənzili olan ailələr də sosial mənzil ala bilməzlər. Şəhid ailələri, dul qadınlar və yetimlər xüsusi güzəştlərə malikdirlər.

Vahid Əhmədovun sözlərinə görə, hazırda normativ sənədlər üzərində iş gedir və sənədlər hazır olandan sonra hansı vətəndaşların sosial mənzil ala biləcəyi məlum olacaq. Bu zaman Türkiyə hökumətinin həyata keçirdiyi sosial mənzil siyasəti məhz aşağı gəlirli vətəndaşlar üçün nəzərdə tutulub və Azərbaycan da bu təcrübədən yararlana bilər. Həmin təcrübəyə görə, sosial mənzil almaq istəyən ailələrin aylıq gəlirlərinin yuxarı həddinə limit qoyulur, mənzili olan ailələr də sosial mənzil ala bilməzlər. Şəhid ailələri, dul qadınlar və yetimlər xüsusi güzəştlərə malikdirlər. Təbii ki, bu şərtlər daxilində verilən sosial evlər Azərbaycanda sosial rifahı gücləndirəcək, ölkədə daha istiqrarlı bir əhval-ruhiyyə yaranmasına imkan yaradacaq.

Sosial mənzillərin tikintisi Azərbaycanın regionlarında  minlərlə yeni iş yerinin açılmasına da imkan yaradacaq. Sifarişçisi dövlət olan binaların tikintisi təkcə inşatçıların işə cəlb edilməsi ilə qalmayacaq, manipulyativ effekt verərək tikinti materialları istehsalında və nəqliyyatda da canlanma yaradacaq. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.