Əcnəbi tələbə, magistr və doktorantların AMEA gəncləri ilə görüşü olacaq
Apr 18 , 2016 | 09:46 / Görüşlər
Oxunma ( 3550 )

20 aprel 2016-cı il tarixində, saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında ölkəmizdə təhsil alan əcnəbi tələbə, magistr və doktorantların Akademiyanın gəncləri ilə görüşü olacaq. Bilik Fondu və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının biergə təşkilatçılığı ilə ərsəyə gələn bu tədbirdə qonaqlara elmin bu və digər maraqlı mövzuları üzrə məruzələr təqdim olunacaq AMEA Mərkəzi Elmi Kitabxanasınn maddi-texniki bazası ilə tanışlıq imkanı yaradılacaq.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.