Fotos
AMEA Aşqarlar Kimyası İnstitutu gənc doktorantının elmi işi Minskdə keçirilən “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi sərgisində nümayiş olunub
Apr 19 , 2016 | 10:23 /
Oxunma ( 2697 )

13-15 aprel 2016-cı il tarixlərində Minsk şəhərində “Müstəqil Dövlətlər Birliyi üçün 100 ideya” adlı Beynəlxalq Gənclər Layihəsinin yekunlarına əsasən ən yaxşı işlərin sərgi-təqdimatı keçirilib İlk iş günündə Belarus Milli Kitabxanasında həmin tədbirin təntənəli açılışı olub. Belarus Respublikasının Təhsil naziri Mixayil Juravkov giriş nitqi ilə çıxış edib. Təntənəli mərasimə MDB iştirakçı ölkələrinin Gənclərin İşləri Şurasının üzvləri, Prezident Administrasiyasının nümayəndələri, Belarus Respublikası Parlamentinin deputatları, səfirlər, MDB iştirakçı olan ölkələrinin, o cümlədən Azərbaycanın daimi səlahiyyətli nümayəndələri, habelə Belarusda təhsil alan tələbələr qatılıblar.

Azərbaycanı bu tədbirdə rəsmi şəxslərdən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, elə cə də layihə iştirakçısı olan gənclər iştirak edib. Gənc layihə müəllifləri içərisində Azərbaycan Milli Elmlər Akademiyasını Aşqarlar Kimyası İnstitutunun gənc doktorantı Xədicə Məmmədyarova təmsil edib.

Birliyin yaradılmasının 25 illiyinə həsr edilmiş “MDB üçün 100 ideya” Beynəlxalq Gənclər Layihəsi MDB iştirakçısı olan dövlətlərin Gənclər Məsələləri üzrə Şurasının təşəbbüsü və MDB İcraiyyə Komitəsinin dəstəyi ilə baş tutub. Layihənin məqsədi Birlik ölkələrində, o cümlədən Azərbaycanda gəncləri iqtisadiyyatın perspektivli innovasiyalı inkişafı, MDB dövlətlərinin elmi-innovasiya və sosial-iqtisadi sahələrinin inkişafı məsələlərinin həllinə cəlb etmək olub.

Layihənin əsas vəzifələri praktiki baxımdan maraqlı və əhəmiyyətli innovasiya ideya və layihələrini üzə çıxarmaq və tətbiq etmək, müxtəlif ölkələrdə ümumi maraq dairəsi, müvafiq yaradıcı və ya akademik qabiliyyətləri olan gənclərin nümayəndələri arasında əlaqələr yaratmaq və inkişaf etdirmək, gənclik mühitində işgüzar innovasiya mədəniyyətinin formalaşmasına dəstək vermək olduğu bildirilir.

Ekspozisiyada MDB ölkələrindən layihə finalçılarının 38 müəllif işi yer alıb. Azərbaycan 6 layihədə təmsil olunub.

Ümumilikdə isə Birlik üzrə gənc innovatorların işləri səkkiz klasterdə - “Sənaye texnologiyaları və istehsal”, “Kimya texnologiyaları və biotexnologiyalar”, “Mədəniyyət”, “Təhsil”, “Səhiyyə”, “Təbabət, tibbi texnika və texnologiyalar, əczaçılıq”, “İnformasiya texnologiyaları”, “Qonaqpərvərlik: turizm və milli mətbəx” mövzularında yarışıb.

Sonda layihə çərçivəsində finalçı və qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir iştirakçıları Böyük Vətən Müharibəsinə həsr olunan Belorus Dövlət Tarix Muzeyi ilə yaxından tanış olublar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.