Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvünün təşəbbüsü ilə cəhbə bölgəsində məktəblərarası bilik yarışması keçirilib
Apr 19 , 2016 | 12:48 / Elmi müsabiqələr
Oxunma ( 3164 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, riyaziyyat üzrə fəlsəfə doktoru Lalə Əliyevanın təşəbbüsü ilə Füzuli rayonunun Böyük Bəhmənli kəndində şəhid, mayor Elnur Əliyevin xatirəsinə həsr olunmuş rayonun 1 və 2 saylı məktəblərinin 9-10-cu sinif şagirdləri üçün riyaziyyat fənindən məktəblərarası bilik yarışması keçirilib. Tədbirdə, rayonun Təhsil şöbəsinin və Mədəniyyət evinin rəhbərliyi də iştirak edib. “Gənclərə dəstək” İctimai Birliyinin dəstəyilə baş tutan yarışmanın açılışı himnimizin səsləndirilməsi ilə başlayıb. Həmçinin vətən uğrunda son döyüşlərdə şücaət göstərmiş və şəhid olmuş ərənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra, yarışmanın iştirakçılarına Füzuli rayonuna həsr olunan geniş sənədli film təqdim olunub və ardından 5 komanda arasında keçirilən yarışmaya start verilib. Məktəblilərin fəal iştirak etdiyi yarışmanın qalibi 1 saylı orta məktəbin “Ümid” komandası olub. Təşkilatçılar ilk üç yeri tutan komandanın üzvlərinə qiymətli hədiyyələr, müvafiq diplom və sertifikatlar təqdim edib.

Təşkilatçılar Horadiz qəsəbəsində yerləşən N saylı hərbi hissənin əsgərləri və şəhid, mayor Elnur Əliyevin yaşadığı evdə ailə üzvləri ilə görüşüblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.