AMEA Gənc Alim və Mütəxəssislərinin III Futbol Çempionatının qrup oyunları başladı
Apr 25 , 2016 | 03:14 / İdman yarışları
Oxunma ( 3327 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, bu qurumun İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin III Futbol Çempionatına start verilib.

Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan açılışda şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov komandaların üzvlərini təbrik edib, atıq üçüncü ildir keçirilən çempionatın əhəmiyyətindən və Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Çempionatın ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmasının təsadüfi olmadığını söyləyən sədr ulu öndərin hakimiyyəti dövründə Azərbaycanın bütün sahələrində, o cümlədən idmanda qazanılan nailiyyətlərdən bəhs edib. F.Salmanov müxtəlif beynəlxalq tədbirlərə və mötəbər idman yarışlarına ev sahibliyi edən Azərbaycanın yaxın günlərdə ölkəmizdə keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarına yüksək səviyyədə hazırlaşdığını xüsusi qeyd edib.

Sədr AFFA-nın peşəkar hakimləri tərəfindən idarə olunan açılış oyununda 16 komandanın iştirak etdiyini bildirib.

Daha sonra AMEA İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev, Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev və Akademiya Şəhərciyinin direktoru Bayram Babayev çıxış edərək komandalara uğurlar arzulayıblar.

AMEA-nın elmi-tədqiqat müəssisələrinin komandaları qrup oyunlarında mübarizəyə qoşulublar.

İlk oyun günündə qeydə alınan nəticələr:

saat 13:00

Arxeologiya və Etnoqrafiya İnstitutu - İqtisadiyyat İnstitutu 1-6

Fəlsəfə və Hüquq İnstitutu - Respublika Seysmoloji Xidmət Mərkəzi 2-8

saat 14:00

Genetik Ehtiyatlar İnstitutu - Memarlıq və İncəsənət İnstitutu 22 - 1

Radiasiya Problemləri İnstitutu - Torpaqşünaslıq və Aqrokimya İnstitutu 4-5

Xatırladaq ki, I Futbol Çempionatının qalibi Geologiya və Geofizika İnstitutu, II Futbol Çempionatının qalibi isə Arxeologiya və Etnoqrafiya İnstitutunun komandaları olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.