"Gənc tədqiqatçı" jurnalının növbəti sayı üçün məqalə qəbulu başladı
Apr 25 , 2016 | 04:00 / Elmi nəşrlər
Oxunma ( 7854 )

"Gənc tədqiqatçı" jurnalının təsisçisi AMEA Gənc Alim və Mütəxəssislər Şurası elmi dərginin növbəti sayı (cild 2, nömrə 2) üçün məqalə qəbulu elan edir. Üç dildə (azərbaycan, rus və ingilis) qəbul olunacaq məqalələrin təqdimi üçün son tarix 01 sentyabr 2016-cı ildir. Jurnala AMEA-nın institut və təşkilatlarında, eləcədə respublikamızın müvafiq elm-təhsil müəssisələrində çalışan və təhsil alan 40 yaşa qədər gənc alim, mütəxəssis, doktorant, magistr, bakalavr və s. məqalə təqdim edə bilər. Məqalələr aparılan elmi tədqiqatların ən mühüm nəticələrini özündə əks etdirməli və heç bir elmi dərgidə dərc edilməməlidir.

 

Müəlliflər üçün qaydalar:

 

Məqalələr azərbaycan, rus və ingilis dillərində  qəbul olunur;

Məqalələrə azərbaycan, rus və ingilis dillərində xülasə və açar sözlər əlavə olunmalıdır;

Məqalənin həcmi cədvəllər, şəkillər, ədəbiyyat siyahısı və xülasələr daxil olmaqla 10 səhifədən artıq olmamalıdır;

Məqalə iki variantda təqdim olunmalıdır: çap və disk formatında. Mətn Times New Roman, 12 şrift və bir intervalla yığılmalıdır. Yazı sahəsi üçün sol və sağdan 2 sm, yuxarı və aşağıdan 3 sm sahə buraxılmalıdır;

Məqalə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır:

− Universal Onluq Təsnifatı (UOT) əsasında mövzunun şifrəsi (soldan)  

− müəllif(lər)in inisial(lar)ı və soyad(lar)ı;

− məqalənin adı;

− təşkilatın adı (müəlliflər müxtəlif təşkilatlardan olduqda, müəssisələrin adlarından əvvəl artma ardıcıllığı ilə rəqəmlər yazılmalı və həmin rəqəmlər sətirüstü indeksdə müəlliflərin soyadlarından sonra göstərilməlidir;

− əsas mətndən əvvəl məqalənin yazıldığı dildə xülasə və açar sözlər;

− əsas mətn;

− ədəbiyyat siyahısı məqalənin sonunda verilir, müəllif(lər)in soyad(lar)ı və inisial(lar)ı, kitabın adı, ili, nəşriyyatı, səhifələrinin sayı; jurnalın adı, ili, nömrəsi, məqalənin başlanğıc və sonuncu səhifələri göstərilməlidir. Mətndə qaynaqlara istinad kvadrat mötərizədə onların nömrələri ardıcıllıqla qeyd edilməklə verilir, məs: [4]. 

Cədvəllərin adı və nömrəsi onların üstündə verilməli və onlara mətndə istinad edilməlidir. Cədvəllər bir səhifədən digərinə keçiril­mə­mə­lidir. Məqalədə şəkillərin (qrafik, xəritə, sxem və s.) hər biri tərtib olunduğu proq­ram­dan asılı olmayaraq vahid obyekt şəklində (ayrı-ayrı şəkillərin süni surətdə birləş­­­dirilməsi yolverilməzdir) həm mətnin içərisində, həm də JPEG (*.jpeg, *.jpg) formatında fayl şəklində verilir (başqa formatlar qəbul olunmur). Şəkilaltı yazı “şəkil” sözü ilə nişanlanır və ərəb rəqəmləri ilə ardıcıl nömrələnir;

Ölçü vahidlərini seçərkən onların Beynəlxalq Vahidlər Sisteminə (Sİ) uyğun olması vacibdir;

Düsturlar və formullar Microsoft Equation 3 redaktorunda yığılır. Düsturun nömrəsi sağda mötərizədə yazılır. Düstur yazılan sətrin uzunluğu 8 sm-dən böyük olmamalıdır (düsturun nömrəsi daxil olmaqla). Əgər düsturun davamı­nı sətirdən-sətrə riyazi qaydanı gözləməklə keçirdikdə 8 sm kifayət etmirsə, onda uzunluq düsturun nömrəsi daxil olmaqla 16,5 sm-dən böyük olmamalıdır;

Məqalənin mətni bütün müəlliflər tərəfindən imzalanmalıdır;

Məqaləyə müəlliflər haqqında aşağıdakı məlumatlar əlavə edilməlidir: soyadı, adı, atasının adı, iş yeri, e-mail və hər bir müəllifin əlaqə telefonları. Həmçinin redaksiyanın əlaqə saxlayacağı müəllif ayrıca qeyd olunmalıdır;

Məqaləyə müvafiq təşkilatın rəsmi rəyi (Elmi Şuranın və s.) əlavə olunmalıdır;

Sadalanan tələblərə cavab verməyən məqalələr qaytarılır. Məqalənin daxilolma tarixi onun redaksiya tərəfindən sonuncu dəfə qəbul edilən tarixi sayılır;

Məqalədə göstərilən məlumat və faktlara görə müəllif məsuliyyət daşıyır;

Redaksiya heyəti tərəfindən qaytarılan məqalələrə təkrar baxılmır.

 

Əlaqə vasitələri:

Azərbaycan Milli Elmlər Akademiyası, H.Cavid, 131

Tel.: 0125392579

 

E-mail: [email protected]

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.