Təhsil Nazirliyi AMEA-nın müsbət təcrübəsini ali məktəblərdə tətbiq edəcək
Apr 28 , 2016 | 10:00 /
Oxunma ( 2911 )

Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Təhsil Nazirliyi Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınması, ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da aktivləşdirilməsi məqsədilə “Thomson Reuters” bazasında olan jurnallarda çap olunmuş elmi əsərlərə görə mükafatlandırma üzrə müsabiqə keçirəcək.

Müsabiqə ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin keyfiyyət göstəricisinə əsasən həyata keçiriləcək.

Müəlliflərin elmi fəaliyyətinin keyfiyyət göstəricisi Təhsil Nazirliyi tərəfindən hazırlanıb təsdiq edilmiş xüsusi metodika ilə müəyyənləşdiriləcək.

Müsabiqə aşağıdakı 5 elmi istiqamət qrupu üzrə aparılacaq.

– Riyaziyyat və texniki elmlər;

– Fizika, kimya, biologiya;

– Humanitar elmlər;

– İqtisadiyyat və idarəetmə;

– Tibb elmləri.

Müsabiqədə ildə 1 dəfə olmaqla, təqvim ilinin sonunda təşkil ediləcək və bununla bağlı Təhsil Nazirliyinin saytında ətraflı məlumat veriləcəkdir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.