Gənc Alim və Mütəxəssislərin III Futbol Çempionatında növbəti qrup oyunları keçrilib
Apr 28 , 2016 | 06:05 / İdman yarışları
Oxunma ( 3547 )



AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin III Futbol Çempionatında növbəti qrup oyunları keçrilib.Aşağıdakı nəticələr qeydə alınıb.

 

28 aprel

Saat 13.00

Fəlsəfə və Hüquq İnstitutu  - Aşqarlar Kimyası İnstitutu - 5 - 0

Geologiya və Geofizika İnstitutu - Torpaqşünaslıq və Aqrokimya İnstitutu  8 -1

Saat 14.00

Genetik Ehtiyatlar İnstitutu  – Fizika İnstitutu 2 - 7

Arxeologiya və Etnoqrafiya İnstitutu - İnformasiya Texnologiyaları İnstitutu  təxirə salınıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.