AMEA-nın illik ümumi yığıncağında ilk dəfə dövlət qurumları hesabat verəcək
Apr 28 , 2016 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 3239 )

Aprelin 29-da AMEA-nın Əsas binasında akademiyanın Ümumi yığıncağı keçiriləcək.

Müxtəlif dövlət qurumlarının rəhbərləri, səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak edəcəyi tədbirdə ilk dəfə İqtisadiyyat və Sənaye, Təhsil, Rabitə və Yüksək Texnologiyalar, Fövqəladə Hallar, Ekologiya və təbii sərvətlər nazirlikləri və eyni zamanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin elmi fəaliyyətlə bağlı hesabatları da dinləniləcək .

Ümumi yığıncağın gündəliyində AMEA-da "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın hədəflərinin həyata keçirilməsi istiqamətində görülən işlər, reallaşdırılan layihələr, Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası, AMEA Rəyasət Heyətinin 2015-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat, o cümlədən AMEA-da bəzi struktur islahatları, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı kimi məsələlər yer alıb.

Tədbirdə elmi infrastrukturun modernləşdirilməsi, elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin qabaqcıl texnologiyalar əsasında qurulması, yüksəkixtisaslı kadrların hazırlanması, elm, təhsil və istehsalın inteqrasiyası, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, nəhayət, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyası istiqamətində görülən işlər barədə geniş məlumat veriləcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.