Gənc Alim və Mütəxəssislərin III Futbol Çempionatında növbəti qrup oyunları keçrilib
May 03 , 2016 | 05:00 / İdman yarışları
Oxunma ( 3582 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin III Futbol Çempionatında növbəti qrup oyunları keçrilib. Nəticələr aşağıdakı kimi olub.

 
Saat 14:00
İqtisadiyyat İnstitutu -İnformasiya Texnologiyaları İnstitutu 4-4
Torpaqşünaslıq və Aqrokimya İnstitutu- İdarəetmə Sistemləri İnstitutu 8-4
 
Saat 15:00
Memarlıq və İncəsənət İnstitutu - Fizika İnstitutu 2-16
 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.