May 04 , 2016 | 05:00 / İdman yarışları
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin III Futbol Çempionatında son iki oyunla qrup mərhələsinə yekun vurulub. Belə ki, 4 may tarixində əvvəliki günlərdən təxirə düşən oyunlar baş tutub, son çempion Arxeologiya və Etnoqrafiya İnstitutu İnformasiya Texnologiyaları İnstitutuna 2 - 5 hesab iləa məğlub olaraq çempionatı bu mərhələdə başa çatdırmalı olub.
Çempionatın debütant komandası olan Fəlsəfə və Hüquq İnstitutu isə bu dəfə də yarışa gəlmədiyi üçün rəqib komanda - Neft-Kimya Prosesləri İnstitutunun aktivinə 5 xal yazdırıb.
Beləliklə, 6 may tarixində keçriləcək 1/4 final oyunlarında saat 14:00-da Geologiya və Geofizika İnstitutu Respublika Seysmoloji Xidmət Mərkəzi ilə,
Neft-Kimya Prosesləri İnstitutu İdarəetmə Sistemləri İnstitutu ilə; saat 15.00-da isə İqtisadiyyat İnstitutu Genetik Ehtiyatlar İnstitutu,
İnformasiya Texnologiyaları İnstitutu Fizika İnstitutu ilə münasibətlərinə aydınlıq gətirməklə, 4 komanda adını 1/2 finala yazdıra biləcəklər.