Fotos
AMEA Geologiya və Geofizika İnstitutunda gənclərin növbəti seminarı keçirilib
May 06 , 2016 | 11:38 / ELMİN TƏBLİĞİ
Oxunma ( 3246 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin bu ilin fevral ayında imzaladığı müvafiq Sərəncamla əlaqədar AMEA-nın elmi müəssisələrinin kadr potensialını inkişaf etdirmək məqsədilə AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) gənc alim və mütəxəssislər üçün mühazirələrin təşkil olunması nəzərdə tutulmuşdur. İnstitutun alimləri tərəfindən aparılan tədqiqatların nəticələrini özündə əks etdirən belə silsilə mühazirələr əvvəlcədən tərtib olunmuş plan üzrə elmi-tədqiqat müəssisəsində fəaliyyət göstərən “Gənc alim və mütəxəssislərin elmi seminarı”nda ilboyu keçiriləcəkdir.

Bu məqsədlə, ilk seminar “Müasir riyazi statistik üsulların geoloji-geofiziki tədqiqatlarda tətbiqi” mövzusu üzrə keçirilib. GGİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) rəhbəri, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasovun sədrliyi ilə aparılan seminarda İnstitutun “Layin qazhidrodinamika” şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Qərib Cəlalov geniş məruzə ilə çıxış edib, gənclərin çoxsaylı suallarını cavablandırıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.