Gənc Alim və Mütəxəssislərin III Futbol Çempionatının 1/2 finalına çıxan komandalar məlum oldu
May 06 , 2016 | 04:00 / İdman yarışları
Oxunma ( 2854 )

06 may 2016-cı il tarixində AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin III Futbol Çempionatında 1/4 final oyunları keçrilib. Saat 14:00-da baş tutan Geologiya və Geofizika İnstitutu ilə Respublika Seysmoloji Xidmət Mərkəzi ilə oyunda 4-1, Neft-Kimya Prosesləri İnstitutu ilə İdarəetmə Sistemləri İnstitutu arasında isə 3-2 hesab qeydə alınıb. Saat 15.00-da isə İqtisadiyyat İnstitutu Genetik Ehtiyatlar İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu isə Fizika İnstitutu ilə qarşı-qarşıya gələrək, oyunlar 1:3 və 0:4 nəticələrlə başa çatıb. Beləliklə, Geologiya və Geofizika; Neft-kimya Prosesləri, Genetik Ehtiyatları və Fizika institutlarından ibarət 4 komanda adını 1/2 finala yazdırıblar.

Yarımfinsl oyunları 10 may 2016-cı il tarixində keçiriləcək.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.