YASAMAL RAYONU MƏKTƏBLƏRİ ARASINDA OLİMPİADA KEÇİRİLİB
May 10 , 2016 | 12:19 / Elmi müsabiqələr
Oxunma ( 3569 )

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun və bu elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının  təşkilatçılığı ilə Fizika, Riyaziyyat və İnformatika təmayüllü litseydə  fizika fənnindən olimpiada keçirilib.AMEA Fizika İnstitutunun İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, olimpiada Yasamal rayonu üzrə bütün ümumtəhsil məktəblərinin X sinifləri arasında təşkil olunub. Məktəblilərdə elmə maraq yaratmaq məqsədilə təşkil olunmuş olimpiadanin sualları İnstitutun pedaqoji təcrübəsi olan alimləri  tərəfindən hazırlanıb. Olimpiadanın qalibləri təşkilatçılar tərəfindən I,II, III dərəcəli diplom və mükafatlarla təltif olunacaqlar.Seçilmiş iştirakçılar isə həvəsləndirici diplomlara layiq görüləcəklər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.