Geologiya və Geofizika İnstitutu ilə Fizika İnstitutu Gənc Alim və Mütəxəssislərin III Futbol Çempionatının finalında qarşılaşacaqlar
May 10 , 2016 | 04:00 / İdman yarışları
Oxunma ( 3904 )

10 may 2016-cı il tarixində AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin III Futbol Çempionatında yarımfinal oyunları keçrilib. Saat 14:00-da meydana ilk olaraq Geologiya və Geofizika İnstitut ilə Neft-Kimya Prosesləri İnstitutunun komandaları çıxıb. Gərgin keçən oyun birincilərin 4-2 üstünlüyü ilə başa çatıb. 1/2 finalın digər çütlüyün qarşılaşmasında Fizika Genetik Ehtiyatlar İnstitutuna 7-4 hesabı ilə üstün gəliblər. Beləliklə finala adlayan Geologiya və Gefizika İnstitutu ilə Fizika İnstitutu 13 may tarixində III Çempionatan qalibini müəyyənləşdirəcəklər.

Qeyd edək ki, bu komandalar Gənc Alim və Mütəxəssislərin I Futbol Çempionatında da qarşılaşmışlar və Geologiya və Geofizika İnstitutu qələbəni qeyd etmişdir.

Çempionatın III yer uğrunda mübarizədə isə Neft-Kimya Prosesləri İnstitutu ilə Genetik Ehtiyatlar İnstitutu bir araya gələcək.

Final oyunundan dərhal sonra yüksək səviyyədə qaliblərin mükafatlandırılması mərasimi baş tutacaq.

Bu möhtəbər tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə və digər rəsmilərinin iştirakı gözlənilir.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.