Fotos
AMEA Tarix İnstitutunun gənc elmi işçisi Dağıstanda keçirilən beynəlxalq konfransda iştirak edib
May 12 , 2016 | 11:42 / Mühüm hadisələr
Oxunma ( 3523 )

5-6 may 2016-cı il tarixlərində Dağıstanın Mahaçqala şəhərində Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin H.Tsadasa adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə akademik H.H.Həmzətovun 90 illiyinə həsr olunan “XXI əsrdə humanitar biliyin aktual problemləri: vəziyyəti və inkişaf perspektivləri. münasibətilə” adlı Beynəlxalq elmi konfrans keçrilib. Bu elmi tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasını A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Qafar-zadə Lamiyə Rasim qızı təmsil edib.

Gənc tarixçi tədqiqatçının konfransda “Azərbaycan Səfəvilər sülaləsinin etnik mənşəyinə dair (ingilisdilli tarixşünaslığın materialları əsasında)” mövzusunda məruzəsi auditoriya tərəfindən böyük maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.