Gənc alimin kitabı “Springer” nəşriyyatında işıq üzü görüb
May 12 , 2016 | 11:49 / Mühüm hadisələr
Oxunma ( 5907 )

AMEA Fəlsəfə və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayevanın “Müasirliyin çağırışları: postmoderniti və multikulturalizm” adlı kitabı dünyanın nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer” nəşriyyatı tərəfindən çap olunub. Müəllifin ingilis dilində yazdığı kitab postmodernizm və onun sosial əlamətlərinin, şüurun transformasiyasının və inkişafının göstəricisi kimi postmodern vəziyyətin xülasəsini təşkil edir.

Kitab multikulturalizm, dialoqun mədəniyyəti, dialoqun fəlsəfəsi, tolerantlıq, gender və s. kimi cəmiyyətin müasir problemlərinə fəlsəfi, sosioloji və mədəni yanaşmaları ehtiva edir. Beləliklə, monoqrafiya elmlərarası tədqiqata çərçivə yanaşma təklif edir. Kitabda multikulturalizmin formaları, o cümlədən plüral modernlər kimi multikulturalizm və qeyri-qərb müasirliyi müzakirə olunur.

Yeni nəşr qeyri-qərb ölkələrində postmodernist paradiqmanın mövcudluğuna dair diskussiyaya öz töhfəsini verməklə, sosial transformasiyaları doğuran ictimai şüurun konseptlərinin izahını təklif edir, fərqli dünyagörüşünü əks etdirən yeni rəvayət və paradiqmaya ehtiyacı qarşılayır. 

On beş fəsildən ibarət olan monoqrafiya mütəxəssislər, alimlər, o cümlədən müasir ictimai transformasiyalarla maraqlananlar üçün dəyərli mənbədir.

Kitab dərs vəsaiti kimi də istifadə oluna bilər.

Xatırladaq ki, nüfuzlu beynəlxalq akademik nəşriyatlardan olan “Springer” elmi nəşrlərin sayına görə elmi, texnologiya və tibb sahələri (STM) üzrə dünyada qabaqcıl yer tutur.

1842-ci ildə Yulius Springer tərəfindən əsası qoyulmuş Springer 170 ildən artıqdır ki, nəşriyyat işi ilə məşğul olur. Bu gün isə Springer innovativ məhsul və xidmət yolu ilə keyfiyyətli məzmun təqdim edən dünyanın ən böyük elеktron kitab kolleksiyasına və hərtərəfli açıq jurnal portfelinə sahib qabaqcıl qlobal nəşriyyatdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.