Fotos
Merkurinin Günəşin qarşısından keçməsi teleskoplarla nümayiş olunub
May 09 , 2016 | 01:11 /
Oxunma ( 3114 )

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurası elmin təbiliği istiqamətində fəaliyyətini davam etdirir. Adıçəkilən Şuranın Tusi-Bohm Planetariumu və Həvəskar Astronomlar Klubu ilə birgə təşkilatçılığı ilə 9 May 2016-cı il tarixində dənizkənarı bulvarda şəhər sakinlər üçün maraqlı tədbir keçirilib. Tədbirdə unikal təbiət hadisəsilərindən biri olan Merkurinin Günəşin qarşısından keçməsi teleskoplarla nümayiş olunub. 1000–dən artıq şəhər sakini və xarici qonaqlar xüsusi teleskoplar vasitəsi ilə Merkurinin tranzitin izləmiş onlara bu təbiət hadisəsi haqqında ətraflı məlumat verilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.