AMEA Gənc Alim və Mütəxəssislər Şurası BDU-da müasir gəncliyi narahat edən mövzuda marifləndirici seminar keçirib
May 12 , 2016 | 01:36 / ELMİN TƏBLİĞİ
Oxunma ( 3023 )

AMEA Gənc  Alim və Mütəxəssislər Şurası və  Bakı Dövlət Universiteti  Tələbə Həmkarları  İttifaqı Komitəsinin təşkilatçılığı ilə ənənəvi elmi seminar Universitetin  “Sosial elmlər və Psixologiya” fakültəsinin tələbə və magistrləri üçün təşkil olunub. “Gənclərin həyatında psixologiyanın rolu” adlı təqdimatda giriş nitqi söyləyən AMEA Gənc  Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov qeyd edib ki, elmin təbliği məqsədi daşıyan bu marifləndirici seminarların əhatə dairəsi getdikcə genişlənməkdədir, demək olar ki, bütün elm sahələrini əhatə edəcək.. Onu da vurğulayıb ki, bu gün təqdim olunacaq məruzə olduqca aktual bir problemə həsr olunub və müasir gəncliyin ehtiyac duyduğu suallara ətraflı cavab ala biləcəklər. 
F.Salmanov, bu il AMEA-ya magistratura pilləsi üzrə 60-dan çox ixtisasında qəbulun aparılacağından danışaraq qeyd edib ki, Universitet tələbələrinin bu qəbulda iştirak etməsi gələcəkdə onlar üçün elmi fəaliyyət istiqamətində böyük perspektivlər yaradacaq.
AMEA Fəlsəfə İnstitutunun Sosiologiya və Psixologiya Şöbəsinin elmi işçisi Elnur Rustəmov seminarın mövzusu ilə əlaqədar geniş təqdimatla çıxış edib və auditoriyanın bütün suallarını cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.