“Elm haqqında” qanun qəbul olunub
May 18 , 2016 | 01:58 /
Oxunma ( 4184 )

Milli Məclisdə cəmiyyətin çoxdan gözlədiyi, ikinci oxunuşda müzakirəyə çıxarılmış “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyularaq  qəbul olunub. Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli təkmilləşdirilmiş variantı barədə ətraflı məlumat verib.
Geniş fikir mübadiləsində deputatlar yeni qanun layihəsini müasir tələblərə və beynəlxalq standartlara cavab verən sənəd kimi yüksək dəyərləndiriblər. Vurğulanıb ki, layihə müəllifləri çox böyük işin öhdəsindən layiqincə gəliblər. Birinci oxunuşdan sonra sənədin əhəmiyyətli dərəcədə təkmilləşdiyi xüsusi qeyd olunub. Bildirilib ki, cəmiyyət həyatının bütün sahələrinin inkişafını özündə ehtiva edən bu qanun ölkəmizdə elmin nüfuzunun artmasına və elmi fəaliyyətin maliyyələşməsinə mühüm töhfələr verəcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.