May 23 , 2016 | 02:47 / Mühüm hadisələr
Bakı Avropa liseyinin müəllimləri Kəmalə Ələsgərova və Zülfiyyə Rəsulovanın rəhbərliyi ilə 6-ci sinif şagirdləri məktəblilərdə biologiya fənninə marağın artırılması və təbiətə qayğı hissinin aşılanması məqsədi ilə keçirilən biologiya fənn aylığı çərçivəsində AMEA Mərkəzi Nəbatat Bağı və Botanika İnstitutunda olublar. Mərkəzi Nəbatat Bağının elmi işçisi Nərgiz Əliyeva məktəblilərə müxtəlif bitkilərin (Azərbaycan florasına aid endem və nadir bitkilər, dərman bitkiləri və s.) təbii yayılma əraziləri, onların əhəmiyyəti, mühafizə problemləri haqda geniş məlumat verib, fəsilə uyğun olaraq ağac və kol bitkilərinin çiçəkləmə prossesini əyani izah edib.
Botanika İnstitutunun əməkdaşı Ulkər Hüseynova interaktiv vasitələrlə təchiz olunmuş Botanika Muzeyində məktəbliləri Hirkan meşələrinin relikt ağac növləri ilə tanış edib.
Həmçinin, məktəblilər biologiya fənn aylığı çərçivəsində “Quşlara yuva asaq” adlı aksiya da həyata keçiriblər. Sagirdlərin iştirakı ilə hazirlanan quş yuvası Bağın onlar üçün seçilmiş guşəsində ağacdan asılıb. Bakı Avropa liseyinin müəllimləri bu görüşün məktəblilərdə təbiəti mühafizə davranışları üzrə müvafiq vərdişlərin və biologiya fənni üzrə qazandıqları biliklərinin möhkəmləndirilməsi üçün əhəmiyyətli olacağını qeyd ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.