May 20 , 2016 | 12:00 / Elmi müsabiqələr
Bu gün Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə institutda çalışan gənc alim, doktorant, disertant və magistrlər arasında élan edilən “Ən yaxşı elmi məruzə” müsabiqəsinə məruzə təqdim edən namizədlərin təqdimat mərasimi keçirilib. Elmi müsabiqənin şərtlərinə uyğun olaraq Ekspert Komisiyası üzvləri qiymətləndirmə aparmaq üçün namizədlərin özlərinin elmi-tədqiqat mövzularına uyğun hazırladıqları məruzəsini dinləyiblər. Hər bir namizədə 10-15 dəqiqə vaxt verilib. Bir-birindən maraqlı məruzələr ətrafında geniş fakir mübadiləsi aparılıb.
Məlumat üçün qeyd edək ki, müsabiqənin qalibləri may ayının 31-də élan olunacaq. Həmin gün təşkil olunacaq tədbirdə elmi nailiyyətlərinə görə İnstitutn bir gəncinə "Gənclər üçün akademik Əli Quliyev" mükafatı da təqdim olunacaq. Qaliblərə diplom və pul mükafatları veriləcək.