Fotos
AMEA-nın geoloq alimləri fransız həmkarları ilə Azərbaycan palçıq vulkanını öyrənirlər
May 24 , 2016 | 03:15 /
Oxunma ( 4398 )

Bu ilin may ayında Azərbaycan Milli Elmlər Akademiyasi (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) və “Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” arasında ikitərəfli elmi əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilənin məqsədi İnstitutun “Palçıq vulkanizmi” şöbəsinin alimləri fransız həmkarları ilə birlikdə prof. Adil Əliyevin rəhbərliyi altında Qobustanın cənub-qərbində yerləşən Ayazaxtarma palçıq vulkanın geoloji və struktur quruluşunu öyrənməkdir.

Çöl-tədqiqat işlərində “Palçıq vulkanizmi” şöbəsinin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, elm işçisi Elnur Baloğlanov və “Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V”nun aparıcı mütəxəssisi Patris İmbert, Tuluza Universitetinin professoru Fransis Odonne, Lil Universitetinin doktorantı Matieu Dupuis, magistri Dofal Antoni və Po Universitetinin magistri Teymur Figarov iştirak edir.

Əməkdaşlıq müqaviləsinə görə aparılan elmi-tədqiqat işlərinin nəticələri birgə hazırlanacaq və çap olunacaq elmi nəşrlərdə öz əksini tapacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.