Fotos
Məktəblilərin Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və açıq səma altında qayaüstü rəsmlər müzeylərinə ekskursiyası təşkil olunub
May 24 , 2016 | 04:22 / ELMİN TƏBLİĞİ
Oxunma ( 5926 )

23 may 2016-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi Gənc Alim və Mütəxəssislər şuraları və Suraxanı rayonu E.Qaranzadə adına 270 saylı orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Mədəni irsimizi öyrənirik” devizi altında məktəblilər üçün ekskursiya təşkil olunub. Tədbirin xüsusiyyətini nəzərə alaraq Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və açıq səma altında qayaüstü rəsmlər müzeyi ərazi olaraq seçilib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, t.ü.f.d. Bəxtiyar Cəlilov və Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, t.ü.f.d. Bəhmən Kərimov tədbirə cəlb olunan 150 məktəblini Azərbaycanın mədəni irsinin öyrənilməsində və mühafizəsi sahəsində AMEA strukturuna daxil olan müəssisə və təşkilatlar tərəfindən həyata keçirilən çoxşaxəli elmi və ictimai işlər haqqında məlumatlandırmışlar. Daha sonra məktəblilər Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun müasir texnologiyalardan istifadə edilməklə yaradılan müzeyi ilə yaxından tanış olmuş, Azərbaycanın qədim mədəni irsi haqqında dolğun bilgilər əldə etmişlər.

Açıq səma altında Qobustan qayaüstü təsvirləri ilə tanışlıq məktəblilərdə böyük maraq yaratmış, ortaya çıxan suallar müvafiq Şura üzvləri tərəfindən cavablandırılmış, eləcə də qayaüstü rəsmlər haqqında əlavə informasiyalar verilmişdir. Mədəni irsimizin öyrənilməsi və qədim maddi mədəniyyət nümunələri ilə yaxından tanışlıq məktəblilərdə xoş təəssüratlar yaratmışdr.

Məlumat üçün qeyd edək ki, silsilə xarakteri daşıyan bu marifləndirici tədbirlər AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 2016-cı il tədbirlər planına uyğun elmin təbliği və populyarlaşdırılması məqsədi daşıyan ənənəvi layihəsi çərçivəsində təşkil olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.