
May 31 , 2016 | 08:52 / Mühüm hadisələr
Dünyanın aparıcı və ən zəngin botanika bağlarından hesab olunan Missuri Botanika Bağı, Nyu-York, Edinburq Kral və Kyu Kral Botanika Bağları ilə birgə təsis etdiyi “Onlayn Dünya Florası”nın (ODF) V seminarı Nyu Yorkda keçirilib. 25-dən cox tərəfdaş ölkənin iştirak etdiyi görüşdə Azərbaycan tərəfini AMEA Botanika İnstitutunun elmi işçisi, b.ü.f.d. Rəşad Səlimov təmsil edib. Tədbirdə ODF üçün istifadə olunacaq müvafiq verilənlər bazasının seçilməsi və təkmilləşdirilməsi, habelə daxil ediləcək məlumatın məzmunu, həcmi və keyfiyyəti barədə fikr mübadiləsi aparılıb və tərəfdaş ölkələrin üzərinə düşən vəzifələr müəyyənləşdirilib. Müqaviləyə əsasən şurasının ildə iki dəfə təşkili nəzərdə tutulan növbəti seminarının Cənubi Afrika Respublikasının Pretoriya şəhərində keçirilməsi müzakirə olunub.
Qeyd edək ki, AMEA Botanika İnstitutu və 2014-cü ildə imzalanmış Memoranduma əsasən ümumdünya təşkilatı ilə Azərbaycan florasında yayılmış bitki növlərinin, eləcə də tip nümunələrinin inventarizasiyası, rəqəmsallaşdırılması və saxlanması istiqamətində əməkdaşlıq həyata keçirir.